Monthly Archives: October 2015

İsmayıllıda “Ekzit-poll” tədqiqatını aparacaq könüllülər üçün təlimlər keçirildi

İsmayilli 20.10.2015Oktyabrın 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisinda İsmayıllı rayonunda “Ekzit-poll”tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilmişdir. Təlimçilər könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələri haqqında ətraflı məlumatlar veriblər.

Qeyd edək ki, oktyabrın 17-də Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında başlayan treninqlər oktyabrın 26-da başa çatacaq. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA Davamı

20.10.2015

“ELS”-ın əməkdaşları Biləsuvarda təlimlər keçiriblər

bilesuvar-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 17-18-də Mərkəzin  təlimçiləri Biləsuvarfa “Ekzit-poll” tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Onlara “Ekzit-poll”un keçirilmə qaydaları, habelə istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri haqqında ətraflə 5əlumat verilib.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

19.10.2015

Şirvan şəhərində təlimlər başa çatıb

Shirvan-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri oktyabrın 17-18-i Şirvan şəhərində 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib, o cümlədən qaydalar izah edilməklə yanaşı istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri Naxçıvan istisna olunmaqla, hazırda Azərbaycanın bütün regionlarında treninqlər keçirir. Eyni zamanda Mərkəzin əməkdaşları artıq seçki məntəqələrinin monitorinqinə də başlayıb. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA  Davamı

19.10.2015

Sabirabad rayonunda “Exit-poll” tədqiqatı ilə bağlı təlimlər keçirildi

Sabirabad-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Sabirabad rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını ətraflı izah və nümayiş etdiriblər.
Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatını həyata keçirmək məqsədilə oktyabrın 7-də müvafiq sənədlər paketi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir… FOTOQALEREYA Davamı

19.10.2015

Masallı rayonunda təlimlər başa çatıb

Masalli-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları oktyabrın 17-18-i Masallı rayonunda treninqlər keçiriblər. 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər zamanı onlar “Ekzit-poll”un keçirilmə qaydalarını izah etməklə yanaşı tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını göstəriblər.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri hazırda Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA  Davamı

19.10.2015