Bölmə: 2008

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – monitorinqin nəticələri

1MƏTBUAT ÜÇÜN MƏLUMAT
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliğatı istiqamətində fəaliyyətini davam etdirərək və Ümumdünya Səhiyyə Təşkilatının may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayır. Kampaniya may ayında həyata keçirilərək mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Kampaniya çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniyanın gedişatı KİV-də və Səhiyyə Nazirliyinin dəstəyi ilə televiziyada işıqlandırılacaq. Davamı
30.01.2009

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – PRESS-RELİZ

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 2008-ci il aprel ayının 30-da Beynəlxalq Mətbuat Mərkəzində saat 13.00-14.30 -da «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» kampaniyası çərçivəsində “Siqaretə YOX deyək!” mövzusunda Dəyirmi masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Bakı şəhər və rayon İcra Hakimiyyəti, müvafiq nazirlik və baş  idarələrin rəsmilərinin, o cümlədən QHT və media təmsilçilərinin iştirakı planlaşdırılmışdır. Davamı

30.01.2009

Seçkilər günü- Bakı qərargahından fotoşəkillər

15.10.2008

AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

AVCİYA və «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi «Exit-poll» tədqiqatının ilkin nəticələri

Bu gün «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Exit-poll» tədqiqatını 2008-ci il 15 oktyabr prezident seçkilərində ölkənin 800 seçki məntəqəsində həyata keçirib. Sorğuda seçki məntəqəsindən səs verib çıxan seçicilər iştirak edib. Seçicilərin seçimi əvvəldən tapşırıqda verilən addıma əsasən aparılıb. Seçicilərə sorğu anketini doldurmaq təklif edilib və bu zaman onların verdiyi məlumatın anonim olması üçün bütün lazımi şərait yaradılıb. Sorğu seçicilərin tərəfindən müsbət qarşılanıb, belə ki, müsahibədən imtina halları cəmi 4,8% təşkil edib. Davamı

15.10.2008