Bölmə: 2012

S.Y.Marşakın 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib

02.11.2012_Marshak_1Noyabrın 2-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində tanınmış uşaq şairi, dramaturq, tərcüməçi və tənqidçi Samuil Yakovleviç Marşakın anadan olmasının 125 illiyinə həsr olunmuş “Kitab ən yaxşı dostumuz və müəllimimizdir” adlı yubiley gecəsi keçirilib. Tədbirin təşkilatçılarından biri də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi idi.

Mərkəzin sərgi zalında S.Y.Marşakın əsərləri əsasında uşaqların çəkdiyi şəkil sərgisinin açılış mərasimi oldu. Burada Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin bədii studiyası və Respublika İncəsənət Gimnaziyasının şagirdləri təqdim olunmuşdur. Davamı

2.11.2012

“ELS” Araşdırmalar Mərkəzi “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusunda konfrans keçirdi

20.09.2012“Gənc nəslin yetişdirilməsi gələcəyini düşünən hər bir xalq, hər bir dünyavi ölkənin strateji məsələlərindən biri və bəlkə də ən vacibidir”. Bunu sentyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarını inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusundatəşkil etdiyi tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəyan edib. kiv Müraciət Davamı

20.09.2012

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Mənəvi sərvətimiz” adlı silsilə görüşlərə start verdi

19.07.2012_Vahid_Eziz.osnovnoyİyulun 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri ilə “Mənəvi sərvətimiz” adlı silsilə görüşləri çərçivəsində Azərbaycanın xalq şairi Vahid Əzizlə  Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında görüş keçirmişdir.

Slavyan Universitetinin tələbələri, QHT təmsilçiləri və KİV əməkdaşlarının qatıldığı tədbirdə qonaqları salamlayan Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva şair Vahid Əzizin keçdiyi həyat və yaradıcılıq yolundan söhbət açdı. Onun  sözlərinə görə, Vahid Əzizin bütün misralarında əsas xətti məhəbbət və ülvi hisslər təşkil edir, bu da onun zəngin daxili aləmindən xəbər verir.

Davamı

19.07.2012

Azərbaycan ictimaiyyəti dövlət başçısına müraciət etdi

Agabaci_Rizayev_100ilİyunun 8-də Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət göndərilib.

Prezidentə müraciət iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin tanınmış incəsənət xadimləri tərəfindən qəbul olunmuşdur. Davamı

8.06.2012

Dünəni zəngin, bu günü qeyri-müəyyən, sabahı sual altında olan uşaq mahnıları….

06.06.2012“Bu gün uşaqlar böyüklər üçün yazılmış mahnıları daha çox tanıyır və ifa edir, nəticə etibarılə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər”. Bunu iyunun 6-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova “Uşaq mahnıları: dünəni, bu günü, sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada bildirib. kiv Davamı

6.06.2012