Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. АPA-nın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə məsələsində baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “veb-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “veb-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir:
“Bu il də 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırmağa nail olacağıq. Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”… Davamı

“Seçki bülletenlərinin çapı artıq başa çatıb”. APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. M. Pənahov bildirib ki, seçki bülletenlərinin dairələrə paylanmasına sabahdan başlanılacaq.
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq. APA-nın məlumatına görə, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib. Beləliklə, Milli Məclisdə 125 yer uğrunda 769 nəfər, başqa sözlə, 1 yer uğrunda 6 nəfər mübarizə aparacaq.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların fəaliyyət göstərdiyini deyib.
Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.
