Şirvan şəhərində təlimlər başa çatıb

Shirvan-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri oktyabrın 17-18-i Şirvan şəhərində 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib, o cümlədən qaydalar izah edilməklə yanaşı istifadə olunacaq anket və sorğu vərəqələrinin formaları göstərilib.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri Naxçıvan istisna olunmaqla, hazırda Azərbaycanın bütün regionlarında treninqlər keçirir. Eyni zamanda Mərkəzin əməkdaşları artıq seçki məntəqələrinin monitorinqinə də başlayıb. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA 

19.10.2015