Bölmə: Vətəndaş cəmiyyəti gələcəyimiz naminə 2014

Müraciətlər dövlət başçısına göndərildi

Muraciet25.11.2014“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində cari ilin noyabrın 25-də keçirdiyi  “Uşaq teleefirinin problemləri və perspektivləri” adlı Dəyirmi Masada dövlət başçısına qəbul etdiyi müraciətlər bu gün, dekabrın 4-də Prezident Administrasiyasına təqdim olunmuşdur.

Azərbaycanın tanınmış incəsənət və ictimai xadimləri, o cümlədən Fərhad Bədəlbəyli, Çingiz Abdullayev, Oqtay Zülfüqarov, Gülnaz Abdullazadə, Nazim Kazımov, Minarə Dadaşova, Vahid Əziz, Baba Vəziroğlu və digərlərinin imzaladığı müraciətlərdə uşaqların mədəni-mənəvi tərbiyəsinə dövlət qayğısının artırılmasına ehtiyacın olduğu əsas gətirilərək dövlət başçısından Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması xahiş olunur.

Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət

Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət

Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

4.12.2014

Dövlət başçısına müraciətlər qəbul olundu

25.11.2014-muracietNoyabrın 25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda aidiyyatlı dövlət qurumlarının nümayəndələri, ölkədə fəaliyyət göstərən telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçilərinin iştirakı ilə keçirdiyi Dəyirmi Masada Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı dövlət başçısında müraciətlər qəbul olunmuşdur. Hazırda imzalanma prosesi gedir.

Dövlət Uşaq Televiziya Kanalının açılmasına dair müraciət

Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılmasına dair müraciət

Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbuluna dair müraciət

26.11.2014

ELS uşaq teleefirinin monitorinqinin nəticələrini açıqladı

25.11.2014 (0)Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.

Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqladı. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb. Təqdimat Davamı

25.11.2014

ELS və AVCİYA Azərbaycan Gəncləri gününü qeyd etdi

03.02.2014Fevralın 3-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2011-ci ildən həyata keçirdiyi “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə“ birgə layihəsi çərçivəsində “Azərbaycan Gəncliyinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masa keçirildi. Təqdimat  KİV

Davamı

3.02.2014