Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmək məqsədilə Lənkəran rayonuna səfər ediblər. “Ekzit-poll”un keçirilmə qaydalarını izah edən təlimçilər tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını da nümayiş etdiriblər.
Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri Cəlilabad rayonunda “Ekzit-poll”tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimlərdə “Ekzit-poll”un keçirilmə qaydaları açıqlanıb, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları göstərilib.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Astara rayonunda “Ekzit-poll” supervayzer və intervüerlər üçün təlimlər keçirmişlər. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları haqqında ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə Bakı, Abşeron və Sumqayıtın seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri başa vurdu. Təlimlərin son günü, oktyabrın 18-də təlimlərdə Sumqayıt şəhəri, Xəzər, Pirallahı, Qaradağ, Sabunçu, Səbail və Nizami rayonlarında işləyəcək supervayzer və intervüerlər iştirak edib.
Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 24 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
