27 oktyabr 2009-cu il tarixində İctimai Televiziyanın efirində “İşgüzar zaman” proqramının növbəti buraxılışı canlı yayımlanmışdır. Piyada mədəniyyətinə həsr olunmuş verilişdə ekspert qismində… Davamı
Bölmə: 2007
“Yol hərəkətini təhlükəsiz necə etmək olar?” mövzusunda Dəyirmi Masa
Respublikamızda son illər ərzində sayı kəskin artmış nəqliyyat vasitələrinin demək olar ki, yarısı Bakı şəhərində qeydiyyata alınmışdır. Əgər rəsmi 296 min maşına regionlarda qeydiyyatda olan lakin sahiblərinin ya Bakıda yaşayan və yaxud işləyən maşınlanrı da əlavə etsək daha yüksək rəqəmi əldə edərik. Belə şəraitdə yol hərəkətinin və piyada hərəkatının j cümlədən dəqiq təşkili tələb olunur. Rəsmi məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, yol hərəkətinin təşkili bu gün haqlı iradlara səbəb olur. Son 10 ildə ölkə yollarında 25438 yol-nəqliyyat hadisəsində (YNH) 7946 nəfər həlak olmuş, 29002 nəfər isə yaralanmışdır. Beləliklə YNH-da 37 minə yaxın insan zərər çəkmişdir ki, bu da sayına görə bir şəhərin əhalisi ilə müqayisə oluna bilər. Nəzərə alsaq ki, bu rəqəmlər rəsmi qeydiyyata alınan hadisələr əsasında alınıb, reallıqda bu rəqəmlərin daha da yüksək olduğunu demək olar. Özü də YNH-rin təxminən yarısı Bakıda baş verir. Davamı