Bölmə: Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək

Müsabiqənin qalib mahnısı yenidən efirdə

06.12.2014spacetv“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2013-cü ildə keçirdiyi “Yeni uşaq mahnıları-2013” uşaq mahnıları müsabiqəsinin “Laylalar” nominasiyasında qalib gələn “Ana laylası” mahnısı bu gün Space Tv-nin efirində səsləndirilib. Tanınmış şair İlyas Tapdıqın anadan olması gününə həsr olunmuş “Hər səhər” musiqili-informasiya proqramında Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova şairin sözlərinə bəstəkar Səadət Fərziyevanın bəstələdiyi mahnını ifa edib. Mahnı ELS-ın keçirdiyi müsabiqə üçün bəstələnmişdir və səsləndiyi gündən dinləyicilərin ürəklərini ovsunlamışdır. VİDEO

Davamı

6.12.2014

ELS-ın monitorinqinin nəticələri İctimai Televiziyanın canlı efirində

28.11.2014-1Ötən gün, noyabrın 28-də İctimai Televiziyanın uşaqlar üçün “Addım-addım” verilişində ELS Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində oktyabr ayında keçirdiyi monitorinqin nəticələri müzakirə olunub. ELS-ın rəhbəri İradə Yaqubova və digər ekspertlərin iştirak etdiyi verilişdə bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələri, üzə çıxan problemlər, uşaq və yeniyetmələrin dünyagörüşünə, müəyyən maddi və mənəvi dəyərlərin formalaşmasına təsir göstərən amillər və digər məsələlərdən söhbət gedib. VİDEO Davamı

29.11.2014

İradə Yaqubova “Addım-addım” proqramının qonağı olub

07.11.2014 itv-addim-addimNoyabrın 7-də musiqinin insanın şüuruna təsiri, uşaq mahnıları, orta məktəblərdə keçirilən musiqi dərsləri və s. bu kimi aktual məsələlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın digər ekspertlərlə birgə iştirak etdiyi İctimai Televiziyanın “Addım-addım” verilişində müzakirə predmeti olmuşdur.

İ.Yaqubova təşkilatın bu istiqamətdə 2011-ci ildən bugünədək apardığı fəaliyyət, həmçinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində görülən işlər barədə ətraflə məlumat verərək, uşaq musiqisinin tərbiyəvi təsir gücünə malik olduğunu və insanın formalaşmasında aparıcı rol oynadığını vurğulayıb.   VİDEO Davamı

8.11.2014

Layihəmizin təqdimatı başa çatdı

Resize of IMG_5838Oktyabrın 29-da “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını başa çatdırdı. Davamı

29.10.2014

Yeni uşaq mahnıları AzTV-nın canlı efirində

28.10.2014aztvELS-ın təqdimatı davam edir

Oktyabrın 28-də Azərbaycan Dövlət Televiziyasının “Səhər” əyləncəli-informasiya proqramında ELS Müstəqil Araşdırmalar Mərkəzinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnıları təqdim olunub. Davamı

28.10.2014