Bölmə: Xəbərlər

Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat verdilər. Davamı

7.02.2019

Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib

Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib. Trend-in məlumatına görə, bunu Şamaxıda jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək: Davamı

6.02.2019

AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib. Trend-in məlumatına görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edən Humanitar Elmlər Bölməsinin (HEB) akademik-katibi, akademik Teymur Kərimli ölkə başçısı İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə bağlı sərəncamlar imzaladığını xatırladıb. Davamı

6.02.2019

Azərbaycanda 228 nəfər direktor olacaq

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Davamı

5.02.2019