Daily Archives: 10/08/2015

MSK 1000-dən artıq deputatlığa namizədləri qeydə alıb

msk_logoAzərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i “Azadlıq-2015” bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

8.10.2015

Sabah Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək

Milli_Meclis_2Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat oktyabrın 9-da başlanacaq, 31 oktyabr  saat 8.00-da dayandırılacaq.

8.10.2015