Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların fəaliyyət göstərdiyini deyib.
O, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin indiyə qədər “exit-poll” tədqiqatları və çox saylı sorğular keçirdiyini də dilə gətirib. “Müstəqil Araşdırmalar Mərkəzinin təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum “exit-poll” aparan təşkilat kimi qeydiyyata alınsın”. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi “Ekzit-poll” tədqiqatını noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində həyata keçırməyi planlaşdırır.

Sabah Azərbaycanın bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi və MSK-nın “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul etməsi üçün ayrılan müddət başa çatır.
Oktyabrın 19-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ofisinda İsmayıllı rayonunda “Ekzit-poll”tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün treninqlər keçirilmişdir. Təlimçilər könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələri haqqında ətraflı məlumatlar veriblər.
