“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.
Bir neçə gün əvvəl “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və layihənin rəhbəri İradə Yaqubova tədqiqatda iştirak edəcək intervüer və supervayzerlərə təlim keçirənlərə treninqlər keçib. Hazırda intervüer və supervayzerlər üçün treninqlərə start verilib.
Qeyd edək ki, “ELS” Azərbaycanda seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitə olan exit-poll tədqiqatının keçirilməsində uzun illərin təcrübəsinə malikdir… FOTOQALEREYA Davamı

Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib. APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, “exit-poll” keçirmək üçün müraciət edən təşkilatlardan biri Fransa təşkilatıdır. Yerli təşkilatlardan “Els” Müstəqil Araşdırmalar Mərkəzi də müraciət edib.
Azərbaycanda ilk dəfə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında baxımsız uşaqlar üçün sığınacaq müəssisəsi yaradılır. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O, hesab edir ki, bu müəssisə istifadəyə verildikdən sonra baxımsız uşaqlarla işləmək daha rahat olacaq, onların valideynlərini müəyyən məsuliyyətlərə cəlb etmək imkanları artacaq.
“Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb, 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
