“Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər”. Trend-in məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Secki2015.az” saytına açıqlamasında deyib. MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək:
“Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər… Davamı

AŞPA partiyalararası nümayəndə heyəti Yordi Çuklanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. APA-nın xəbərinə görə, bu barədə məlumat AŞPA-nın saytında yer alıb. Məlumatda bildirilir ki, 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri ilə görüşəcək.
APA-nın məlumatına görə, noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində səsverməyə hazırlıq işlərinə başlanacaq. Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib… 
