“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiya olunub. Bu barədə Secki-2015.az saytına mərkəzin rəhbəri İradə Yaqubova məlumat verib.O bildirib ki, hazırlıq işləri bir neçə ay əvvəl başlayıb və “exit poll” keçirmək üçün artq əməkdaşlar seçilib. Onlar Bakı, Sumqayıt, Abşeron, Xızı və İsmayıllıda treninqlər keçiblər. Rayonlarda isə treninqlər 17-28 oktyabr tarixlərində keçirilir… Davamı
Daily Archives: 10/24/2015
“ELS” Zaqatalada təlimləri başa çatdırdı
Oktyabrın 24-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zaqatala rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Treninqə könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, 12 sualdan ibarət anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zaqatalada “ekzit-poll” tədqiqatının aparılacağı seçki məntəqələrinin monitorinqini da keçiriblər.
Xatirladaq ki, oktyabrın 17-də regionlarda start götürən təlimlər uğurla davam edir və oktyabrın 28-də başa çatmalıdır.“Ekzit-poll” tədqiqatı səsvermə günü ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı


