Monthly Archives: October 2015

Azərbaycanda parlament seçkilərini izləyəcək AŞPA müşahidə missiyasının səfər proqramı açıqlanıb

Ashpa Yorki CuklaninAŞPA partiyalararası nümayəndə heyəti Yordi Çuklanın rəhbərliyi ilə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. APA-nın xəbərinə görə, bu barədə məlumat AŞPA-nın saytında yer alıb. Məlumatda bildirilir ki, 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri ilə görüşəcək.

Nümayəndə heyəti, həmçinin media nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri, o cümlədən Bakıdakı diplomatlarla seçki kampaniyası ilə bağlı qiymətləndirmələrini dinləmək üçün dəyirmi masa təşkil edəcək… Davamı

26.10.2015

Azərbaycanda Milli Məclisə seçkilərdə səsvermə proseduru açıqlanıb

Secki menteqesiAPA-nın məlumatına görə, noyabrın 1-də saat 7:30-da seçki məntəqələrində  səsverməyə hazırlıq işlərinə başlanacaq. Saat 7:50-də məntəqə seçki komissiyalarının sədrləri tərəfindən seçki məntəqələri açıq elan ediləcək və seçki qutuları kilidlənəcək. Məntəqə seçki komissiyalarının sədrləri saat 8:00-da səsvermənin başlanmasını, saat 19:00-da isə səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatdığını elan edəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

26.10.2015

Beyləqan-Fizuli rayonalarında təlimlər başa çatıb

26.10.2015-Beyleqan-Fizuli“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə regionlarda  2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri davam etdirir. Bu dəfə Mərkəzin  mütəxəssisləri Beyləqan-Fizuli rayonlarının seçki məntəqələrinin çıxışında işləyəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Oktyabrın 26-da təşkil olunan təlimlərdə supervayzer və intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər, o cümlədən tədqiqatın qaydalarına uyğun atacaqları addımlar, sorgu və anket vərəqələri barədə məlumat verilib… FOTOQALEREYA Davamı

26.10.2015

Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında treninqlər keçirilib

25.10.2015-BerdeOktyabrın 24-25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimciləri Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Təlimlər zamanı “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları izah olunub.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

25.10.2015

Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılıb

14457076792540761286_1000x669Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.

Heydər Əliyev Mərkəzi bu aksiyaya qoşulmaqla, həmçinin BMT prinsipləri və firavanlıq prinsiplərinə sadiqliyini nümayiş etdirmiş olur… Davamı

25.10.2015