Oktyabrın 24-25-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimciləri Bərdə, Tərtər, Evlax, Kürdəmir, Ucar rayonlarında “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Təlimlər zamanı “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları izah olunub.
Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

Oktyabrın 24-də Heydər Əliyev Mərkəzi Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi münasibətilə keçirilən “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində mavi rəngdə işıqlandırılıb. AZƏRTAC xəbər verir ki, 45-dən çox ölkədə 150-dən artıq bina, muzey, körpü və s. memarlıq abidəsinin qoşulduğu aksiya Mərkəzdə Heydər Əliyev Fondu və BMT-nin ölkə üzrə İdarə Heyətinin əməkdaşlığı nəticəsində reallaşıb.
Azərbaycan pezidenti İlham Əliyev oktyabrın 25-də Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun isə istifadəyə verilməsi mərasimlərinə qatılıb.
