Bölmə: 2009

“Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçilmişdir

160410_00116 aprel 2010-cu il tarixində Hyatt Regency otelində 2010-cu il – Ekologiya ili çərçivəsində “Tullantıların idarə edilməsində mövcud vəziyyət və perspektivlər” mövzusunda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə konfrans keçirilmişdir. Davamı

19.04.2010

“Alternativ və bərpa olunan enerji, enerji səmərəliliyinə dair siyasət və qanunvericilik” mövzusunda Dəyirmi Masa keçirilmişdir

dayirmi517 mart 2010-cu il tarixində “Caspian Plaza” ofis mərkəzinin konfrans zalında Bərpa olunan Enerji üzrə İctimai Vəkillik Koalisiyası tərəfindən “Alternativ və Bərpa olunana enerji, enerji səmərəliliyi sahəsində siyasət və qanunvericiliyin” təkmilləşdirilməsi üzrə təkliflərin müzakirəsinə həsr olunmuş Dəyirmi Masa keçirilmişdir. Dəyirmi masada Milli Məclisin Təbii ehtiyatlar, Energetika və Ekologiya Daimi Komitəsinin, Milli Məclis Aparatının, Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji mənbələrindən istifadə üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərenerji QSC-nin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər. Davamı

17.03.2010

Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri mövzusunda iclas keçirilib

Dünən Sumqayıtda “Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri” mövzusunda iclas keçirmişdir. Sumqayıt şəhər İcra hakimiyyətinin akt zalında baş tutan yığıncaqda şəhər İcra hakimiyyətinin başçsı Vaqif Əliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutunun, 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin və qeyri hökumət təşkilatlarının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdilər. Davamı

4.03.2010

Ekologiya və Təbii Sərvətlər Naziri ilə QHT-lərin görüşü

ww123 fevral 2010-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirinin ekoloji QHT nümayəndələri ilə görüşü keçirilmişdi. Kopenhagen sammitinə həsr olunmuş görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov sammit zamanı aparılan müzakirələr barəsində görüşə gəlmiş 30-dan artıq ekoloji QHT təmsilçilərinə məlumat vermişdi. Daha sonra nazir Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı naizrlik tərəfindən bir sıra önəmli layihələr həyata keçiriləcəyini bildirdi. Nazir H.Bağırov bildirmişdir ki, sözügedən layihələr sırasında yaşıllıqların artırılması, Xəzər dənizinin ekoloji təmizliyinə diqqətin artırılması, əhalinin içməli su təminatının daha da yaxşılaşdırılması və digər məsələlər daxildir. Onun sözlərinə görə, 2010-cu ildə bu sahədə böyük nailiyyətlər əldə olunacaq. Nazir QHT nümayəndələrinin suallarını cavablandırmış və QHT nümayəndələrinin ekoloji problemlərin həlli istiqamətində verdikləri təklifləri dinləmişdi Davamı

24.02.2010

Enerji resurslarından effektiv istifadəyə aid layihə üzrə komissiya işə başlamışdır

elec3Bu gün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 2010-cu il 11 fevral tarixli 11 nömrəli əmri ilə “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” qanun və “Enerji resurslarından effektiv istifadə üzrə Dövlət Proqramı” layihələrinin hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilmişdi. İclasda Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji”ASC, Standartlaşdırma, Metrologiya ve Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Bakı Metropoliten İdarəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “ELS”Müstəqil Araşdırmalar Mərkəzi, Azad İstehlakçılar Birliyinin nümayəndələri iştirak etmişlər. Davamı

19.02.2010