Daily Archives: 10/30/2015

“Ekzit-poll” tədqiqatımız ANS-in canlı efirində

30.10.2015ANSOktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Xəbərsizsiniz” verilişinin qonağı olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatından danışan layihə rəhbəri proses haqqında ətraflı məlumat verib, noyabrın 1-də “Ekzip-poll” tədqiqatını həyata keçirən intervüerlərin istifadə edəcəkləri sənəd və ləvazimatları nümayiş etdirib və aparıcının digər suallarını da cavablandırıb. FOTOQALEREYA VİDEO Davamı

30.10.2015

AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb

21542312Noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir.

Səfər zamanı 30 nəfərdən ibarət komanda Milli Məclisdə təmsil olunan partiyalar, parlament qruplarının rəhbər və nümayəndələri, həmçinin parlamentdən kənar müxalifət partiyaları və hərəkat üzvləri, həmçinin media və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəklər.

Seçki günü nümayəndə heyətinin üzvləri ölkənin müxtəlif regionlarında səsvermənin gedişini izləyəcək.

Seçkidən sonra nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

30.10.2015

ANONS

“Ekzit-poll” tədqiqatımız ANS-in canlı efirində müzakirə olunacaq

Oktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova saat 14:00-da ANS telekanalında yayımlanacaq “Xəbərsizsiniz” verilişinin qonağıdır. Canlı efirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatı müzakirə predmeti olacaqdır.

30.10.2015