Masallı rayonunda təlimlər başa çatıb

Masalli-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin əməkdaşları oktyabrın 17-18-i Masallı rayonunda treninqlər keçiriblər. 2015-ci il Parlament seçkilərində “Ekzit-poll” tədqiqatını aparacaq supervayzer və intervüerlər üçün təlimlər zamanı onlar “Ekzit-poll”un keçirilmə qaydalarını izah etməklə yanaşı tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını göstəriblər.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri hazırda Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA 

19.10.2015