“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) öz zəifliyi və boşluğuna görə Azərbaycanda keçiriləcək seçkilərə getməmək barədə qərar qəbul edib”. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Lamberto Zannierlə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlət, həmçinin ATƏT-dən müşahidəçiləri dəvət etməlidir və oraya neçə müşahidəçinin gedəcəyi vacib deyil: “Bu, katibliyin günahı deyil, öz boşluğuna görə ardıcıl sınaqlara məruz qalan struktur və onu dolğun təşkilat etməkdən imtina edənlər asan manipulyasiya etmək üçün təşkilatın belə səviyyədə qalmasına üstünlük verirlər”.

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i “Azadlıq-2015” bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.
Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər. “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verdi.
Oktyabrın 2-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa nаmizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsinə ayrılan müddət başa çatır.
