Daily Archives: 10/23/2015

Zərdab-Ağcabədi rayonlarının treninqləri başa çatıb

Zərdab-Ağcəbədi_23.10.2014Oktyabrın 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisləri “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zərdab-Ağcabədi supervayzer və intervüerləri üçün təlimlər keçiriblər. Belə ki, “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri izah edilmişdir. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zərdab və Ağcabədinin seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015

“Ekzit-poll” mütəxəssisləri Şamaxıda təlim keçiriblər

Shamaxi201510232015-ci Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 23-də Mərkəzin  təlimçiləri Şamaxıda supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Treninq zamanı onlara “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Şamaxıda seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, hazırda “ELS”-ın nümayəndələri “Ekzit-poll” tədqiqatı ilə bağlı regionlarda təlimlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA Davamı

23.10.2015

Parlament seçkilərində 1000 seçki məntəqəsində “veb-kamera” quraşdırılacaq

Msk2015Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. АPA-nın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “veb-kamera”lardan istifadə məsələsində baxılıb. MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “veb-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “veb-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir:

“Bu il də 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırmağa nail olacağıq. Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”… Davamı

23.10.2015