Sabirabad rayonunda “Exit-poll” tədqiqatı ilə bağlı təlimlər keçirildi

Sabirabad-17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Sabirabad rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını ətraflı izah və nümayiş etdiriblər.
Xatırladaq ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatını həyata keçirmək məqsədilə oktyabrın 7-də müvafiq sənədlər paketi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir… FOTOQALEREYA

19.10.2015