Daily Archives: 10/18/2015

“ELS” Bakı, Abşeron və Sumqayıtda təlimləri yekunlaşdırdı

18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi müəyyənləşdirdiyi qrafik üzrə Bakı, Abşeron və Sumqayıtın seçki məntəqələrində 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün təlimləri başa vurdu. Təlimlərin son günü, oktyabrın 18-də təlimlərdə Sumqayıt şəhəri, Xəzər, Pirallahı, Qaradağ, Sabunçu, Səbail və Nizami rayonlarında işləyəcək supervayzer və intervüerlər iştirak edib.

Xatırladaq ki, treninqlər oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında keçirilir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-də Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcəkdir… FOTOQALEREYA Davamı

18.10.2015

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 24 illiyini qeyd edir

bayraqBu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 24 il ötür. APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir… Davamı

18.10.2015