Bölmə: 2010

“ELS” Parlament seçkiləri ərəfəsində təlimlər keçirib

5“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bu il noyabrında keçiriləcək parlament seçkilərində “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə oktyabrın 2-dən başlayaraq Bakıda həyata keçirdiyi təliməri sona çatdırıb. Oktyabrın 8-dək keçirilən təlimlərdə 720 nəfər intervüer iştirak edib. İntervüerlərə “Ekzitpol” tədqiqatı müddətində görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunukasiya texnologiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar izah edilib. Bundan əlavə “Ekzitpol” tədqiqatında iştirak edəcək supervayzerlərdə təlimlərə qatılıb. Növbəti təlimlər isə oktyabr ayının 20-dək respublikanın digər regionlarında həyata keçiriləcək. KİV Davamı

10.09.2010

Yeni lahiyənin təqdimatı

lahiye_1“ELS” Mustəqil Araşdırmalar Mərkəzi 2010-cu ilin iyul ayının 30-u tarixində saat 12:00-dan -13:00-dək «Caspian Plaza» Biznes mərkəzinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında Azərbaycandakı ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsinin təqdimatını keçirmişdir. KİV Davamı

1.09.2010

“2010-cu il Parlament seçkiləri ərəfəsində seçici qadınların fəallığının artırılması” layihəsinin təqdimatı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəzimiz bu istiqamətdə də işlər aparır. Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib sayaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin 2009-cu ildin dekabr ayında elan etdiyi Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramında “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi ilə iştirak etmiş və qalibi olmuşdur.
Davamı

30.07.2010

Polietilen paket – faydası və zərəri

Bu gün hər növ malların saxlanılması, daşınması üçün ən çox istifadə edilən və qiymətinə görə əlverişli olan polietilen paketlərdir. Eyni zamanda paketlər məlumat daşıyıcısı qismində reklam üçün geniş istifadə edilir. Lakin yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyərək məişət tullantıların parçalanmasına bir neçə yüz il tələb olunan bir hissəsinə çevrilir. Davamı

31.05.2010