Bölmə: Siqaret çəkməyə qarşı kampaniya-2008

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – monitorinqin nəticələri

1MƏTBUAT ÜÇÜN MƏLUMAT
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sağlam həyat tərzinin təbliğatı istiqamətində fəaliyyətini davam etdirərək və Ümumdünya Səhiyyə Təşkilatının may ayının 31-də elan etdiyi Beynəlxalq Tütünsüz Günə həsr edilmiş «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» aylıq kampaniyasına başlayır. Kampaniya may ayında həyata keçirilərək mayın 31-də yekunlaşacaq. Kampaniyanın məqsədi sağlam həyat tərzinin təbliği, həyat üçün təhlükəli vərdişlərə alışma səbəblərinin və onlardan azad olma yollarının araşdırılmasıdır. Kampaniya çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Kampaniyanın gedişatı KİV-də və Səhiyyə Nazirliyinin dəstəyi ilə televiziyada işıqlandırılacaq. Davamı
30.01.2009

«Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» – PRESS-RELİZ

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, ilə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi (MAM) 2008-ci il aprel ayının 30-da Beynəlxalq Mətbuat Mərkəzində saat 13.00-14.30 -da «Sağlamlığına, gələcəyinə, firavanlığına YOX DEMƏ!» kampaniyası çərçivəsində “Siqaretə YOX deyək!” mövzusunda Dəyirmi masa keçirəcək. Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Bakı şəhər və rayon İcra Hakimiyyəti, müvafiq nazirlik və baş  idarələrin rəsmilərinin, o cümlədən QHT və media təmsilçilərinin iştirakı planlaşdırılmışdır. Davamı

30.01.2009

“Sağlamlığına, Gələcəyinə, Firavanlığına “YOX” DEMƏ!” plakatların paylanma aksiyasından fotomateriallar

30.08.2008

“Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” aksiyasının H.Əliyev parkında keçirilməsi

“Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” aksiyasının H.Əliyev parkında keçirilməsi

Beynəlxalq Tütnlə mübarizə günündə, yəni 2008-ci ilin may ayının 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin könüllülərinin, Ümumdünya Səhiyyə Təşkilatı və Qırmızı Aypara Cəmiyyətinin təmsilçilərinin iştirakı ilə Heydər Əliyev adına parkda tütünə qarşı plakatların paylanması aksiyası həyata keçirilmişdir. Aksiya zamanı 200-dən artıq “ELS” MAM-ın könüllüləri tərəfindən tərtif edilmiş “Sağlamlığına, Gələcəyinə, Firavanlığına YOX DEMƏ!” tütünə qarşı reklam plakatları paylanmışdır. Davamı

24.07.2008