Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” layihəsinə hazırlıq işlərini başa çatdırıb. Mərkəzin “Ambassador Hotel”dəki qərargahında son iki gündə regionlar, bu gün isə Bakı, Sumqayıt və Abşeronda tədqiqatı həyata keçirəcək supervayzer və intervüerlərə istifadə edəcəkləri sənəd və ləvazimatlar paylanıb.
Xatırladaq ki, 2015-ci il Parlament seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatını aparacaq ki, bu prosesə ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer cəlb olunub… FOTOQALEREYA Davamı

Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ambassador Hotel”də yerləşən qərargahında noyabrın 1-də “Ekzit-poll” tədqiqatında iştirak edəcək kompüter və telefon operatorları üçün treninqlər keçirilib. Belə ki, səsvermə günü telefon operatorları intervüerlərdən məlumatları alıb kompüter operatorlarına ötürəcəklər. “Ekzit-poll”un nəticələri seçki günü 20.00-dək elan olunacaq…
Oktyabrın 30-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan “Xəbərsizsiniz” verilişinin qonağı olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 2015-ci il Parlament seçkilərində həyata keçirdiyi “Ekzit-poll” tədqiqatından danışan layihə rəhbəri proses haqqında ətraflı məlumat verib, noyabrın 1-də “Ekzip-poll” tədqiqatını həyata keçirən intervüerlərin istifadə edəcəkləri sənəd və ləvazimatları nümayiş etdirib və aparıcının digər suallarını da cavablandırıb.
Noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək AŞPA müşahidə missiyasının Azərbaycana səfəri başlayıb. Bu barədə APA-ya Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Müşahidə missiyasına ispaniyalı parlamentar Jordi Çukla başçılıq edir.

