“ELS”-ın əməkdaşları Astara rayonunda təlimlər keçirib

Astara 17-18.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin  təlimçiləri Astara rayonunda “Ekzit-poll” supervayzer və intervüerlər üçün təlimlər  keçirmişlər. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları haqqında ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA

19.10.2015