“ELS” Lənkəran rayonunda təlimlər keçirmişdir

Lenkaran 17-18.10.2015Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatını həyata keçirəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmək məqsədilə Lənkəran rayonuna səfər ediblər. “Ekzit-poll”un keçirilmə qaydalarını izah edən təlimçilər tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını da nümayiş etdiriblər.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri oktyabrın 15-18-i Bakı, Abşeron, Sumqayıt, oktyabrın 17-26-ı Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA

19.10.2015