Cəlilabad rayonunda təlimlər başa çatıb

Celilabad 17-18.10.2015Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri Cəlilabad rayonunda “Ekzit-poll”tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimlərdə “Ekzit-poll”un keçirilmə qaydaları açıqlanıb, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları göstərilib.

Qeyd edək ki, ”ELS”-ın təlimçiləri hazırda Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA

19.10.2015