“ELS” akkreditasiyadan keçdi

elsBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb və digər iki təşkilatla yanaşı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi akkreditasiyadan keçib. MSK sədrinin müavini Natiq Məmmədov Azərbaycan seçki təcrübəsində “exit-poll” tədqiqatının artıq reallığa çevrildiyini və ölkədə bu sahədə ixtisaslaşmış qurumların  fəaliyyət göstərdiyini deyib.

O, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin indiyə qədər “exit-poll” tədqiqatları və çox saylı sorğular keçirdiyini də dilə gətirib. “Müstəqil Araşdırmalar Mərkəzinin təqdim etdiyi sənədlər əsaslı olduğundan təklif edirəm ki, bu qurum “exit-poll” aparan təşkilat kimi qeydiyyata alınsın”. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar mərkəzi “Ekzit-poll” tədqiqatını noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində həyata keçırməyi planlaşdırır.

20.10.2015