Sabah Milli Məclisə seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək

Milli_Meclis_2Sabah Azərbaycan Milli Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqata start veriləcək. APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların  səlahiyyətli nümayəndələri  və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqat oktyabrın 9-da başlanacaq, 31 oktyabr  saat 8.00-da dayandırılacaq.

8.10.2015