Sentyabrın 30-da Rusiyanın Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işinə başlayıb. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətini oxuyub.
Dövlət başçısı forumun işinə başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd edib ki, bu forum cari il Azərbaycanın ənənəvi sıx ticari-iqtisadi əlaqələri olan Sverdlovks vilayətinin inzibati mərkəzi sayılan Yekaterinburqda keçirilir.
Müraciətdə deyilir: “Regionun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən çoxsaylı Azərbaycan diasporunun nümayəndələri əlaqələrin qorunması və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”… Davamı

Dünyanın qeyri-adiliyi ilə seçilən yaşayış məskənləri, özünəməxsus yaşayış tərzi ilə seçilən kənd və qəsəbələri kifayət qədərdir. Kambocada, Tonlesap gölü sahilindəki Kompong Luong kəndi də bu qəbildəndir. Sözügedən yaşayış məskəni bütün dünyada “Üzən kənd” kimi məşhurlaşıb.
