“Ekzit-poll” tədqiqatına hazırlıq işləri başa çatdı

31.10.2015-5Oktyabrın 31-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” layihəsinə hazırlıq işlərini başa çatdırıb. Mərkəzin “Ambassador Hotel”dəki qərargahında son iki gündə regionlar, bu gün isə Bakı, Sumqayıt və Abşeronda tədqiqatı həyata keçirəcək supervayzer və intervüerlərə istifadə edəcəkləri sənəd və ləvazimatlar paylanıb.

Xatırladaq ki, 2015-ci il Parlament seçkilərində “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsinin 1180 seçki məntəqəsində “Ekzit-poll” tədqiqatını aparacaq ki, bu prosesə ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer cəlb olunub… FOTOQALEREYA

31.10.2015