Sentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib. Tədbirin aparıcısı qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib. Davamı
Monthly Archives: September 2016
Təhsil Nazirliyi əlil uşaqların təhsili ilə bağlı təkliflər hazırlayıb
Təhsil Nazirliyi “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlayıb.
Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin xüsusi təhsil şöbəsinin müdiri Anar Xəlilov APA-ya açıqlamasında bildirib ki, bu təkliflər yaxın müddətdə Milli Məclisə göndəriləcək. Onun sözlərinə görə, bu gün mövcud olan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda əlillik daha çox tibbi model olaraq qəbul edilir: “Biz onu tibbi modeldən çıxararaq sosial, hüququ baxımdan uşaqların xüsusi təhsilə baxışına uyğun tətbiq etməyə çalışırıq. Xüsusi təhsil haqqında qanunda əlil uşaqların təhsil kateqoriyaları yalnız onların diaqnozları üzərində qurulub. Amma biz bu məsələyə təhsil-pedaqoji aspektdən baxmağa çalışırıq. Bundan əlavə, uşaqların neçə yaşdan təhsilə cəlb olunmaları movcud qanunda qeyd edilməyib. Amma yeni təkliflərdə “Təhsil haqqında” qanunda qeyd olunduğu kimi, uşaqların 6 yaşdan təhsilə cəlb olunması əksini tapıb”.
Xəlilov deyib ki, xüsusi təhsil haqqında qanundan başqa, Psixoloji-tibbi-pedaqoji komissiyanın əsasnaməsinin tərkib hissəsinin dəyişdirilməsi barədə də təkliflər hazırlanıb.
Prezident İlham Əliyev: “Mingəçevir Sənaye Parkı ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək”
“Bu gündən Mingəçevirin yeni inkişaf dövrü başlayır. Bu Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Sənaye Parkında 9 fabrik yaradılacaq: “Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq. Bundan sonra Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək”. Davamı
Azərbaycan prezidenti Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfərə gedərkən yolüstü Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin açılışında iştirak edib. APA-nın məlumatına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən reallaşdırılan Kürdəmir-Ucar-Yevlax–Tərtər avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 87,8 kilometr uzunluğunda olan yolun Kürdəmir-Ucar-Yevlax hissəsi iki zolaq əlavə edilməklə birinci texniki dərəcəyə təkmilləşdirilib. Davamı
Azərbaycanda referendum 5627 seçki məntəqəsində keçiriləcək
Azərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək. APA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb: “Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”.


