Sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumla əlaqədar daha bir neçə mərhələ bu gün başa çatır. Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində, yaxud konsul idarələrində qeydə alınan seçicilərin sayı haqqında məlumatlar əsasında, göstərilən seçicilərin siyahıya salınması üçün müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi və dəqiqləşdirilməsi müddəti bu gün başa çatır. Davamı
Daily Archives: 09/01/2016
ELS yeni layihəyə start verib
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib. Layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.
Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.
“ELS” Mərkəzi Seçki Komissiyasına müraciət edib
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (Referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 26-a təyin olunmuş Referendum zamanı “Ekzit-poll” tədqiqatı keçirmək məqsədilə sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Azərbaycan Respublikası Seçki Məcəlləsinə 25.2.23-cü maddəsinə əsasən, “Ekzit-poll” keçirən təşkilatlar akkreditasiyadan keçmək üçün səsverməyə iyirmi gün qalmış MSK-ya müraciət etməlidir. Öz növbəsində MSK səsverməyə on gün qalmış həmin müraciətlərə dair qərar verməlidir.
Qeyd edək ki, Mərkəz 2008-ci ildən etibarən Azərbaycanda keçirilən Prezident, Parlament, bələdiyyə seçkiləri, həmçinin 2009-cu ildə keçirilən Referendum zamanı 118 seçki dairəsinin 800 məntəqəsində “exit-poll” tədqiqatı aparmışdır.


