AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək. APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, hökumətin dəvəti əsasında baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə həmçinin italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir.
Missiya səfər müddətində Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbəri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcək. AŞPA nümayəndələri səsvermə günü məntəqələrini gəzəcəklər. Səsvermə ilə bağlı ilkin nəticələrə dair mətbuat konfransı referendumun səhəri günü keçiriləcək.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Venesuela Bolivar Respublikasının Marqarita adasında “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında 17-ci sammiti keçirilib. Azərbaycan tərəfi bu hərəkatın üzvü kimi sammitdə iştirak edib.
Azərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib. Milli.Az bildirir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da referendumun keçirilməsi tədrisin işinə mane olmayacaq.
Sentyabrın 26-ı qeyri-iş günü olacaq. APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.
