Venesiya Komissiyası sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi referenduma bir həftə qalmış hazırlayacaq və ictimaiyyətə təqdim edəcək. Bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Məlumatda bildirilir ki, daha sonra ilkin rəy təsdiq üçün Venesiya Komissiyasının 14-15 oktyabr tarixlərində Venesiyada keçiriləcək plenar sessiyasına təqdim olunacaq.
Xatırladaq ki, AŞPA-nın sentyabrın 5-də keçirilən büro iclasında Azərbaycanda keçiriləcək referenduma dair rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.
Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib. APA-nın xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.
Mərkəzi Seçki Komissiyası Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş Referendumda “Ekzit-poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxıb. MSK “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsində 400 seçki məntəqəsində “Ekzit-poll” keçirmək üçün qeydə alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Bakının Nəsimi rayonundakı şəhid Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
