Daily Archives: 09/03/2016

AŞPA-nın Büro iclasında Azərbaycanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq

ASHPA_Parlament_AssambleyasiMilli Məclisin deputatları Avropa Şurası Parlament Assambleyasının  (AŞPA) Büro və komitələrinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sabah AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro və Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün Parisə səfər edəcək.

Büro iclasında AŞPA-nın oktyabr ayında keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Davamı →

3.09.2016

Azərbaycan prezidenti Rio Olimpiadasında iştirak etmiş idmançılarla görüşüb

Azərbaycan prezidenti Rio Olimpiadasında iştirak etmiş idmançılarla görüşübAzərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşə toplaşanlar Azərbaycan prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşılayıblar. Dövlət başçısı görüşdə nitq söyləyib. Davamı →

3.09.2016