Azərbaycanın birinci xanımına fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib

az%c9%99rbaycanin-birinci-xanimina-f%c9%99xri-v%c9%99t%c9%99ndas-v%c9%99-f%c9%99xri-doktor-diplomlari-t%c9%99qdim-edilibSentyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib. Tədbirin aparıcısı qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, şəhər ictimaiyyəti adından Azərbaycanın birinci xanımına bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel PANOV dedi ki, Mehriban Əliyevanın layiq görüldüyü bu ad şəhərin ən ali mükafatıdır. Daniel Panov vurğuladı ki, Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.

Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilib. Azərbaycanın birinci xanımı mərasimdə çıxış edib.

23.09.2016