Azərbaycanda referendum 5627 seçki məntəqəsində keçiriləcək

m%c9%99zahir-p%c9%99nahovAzərbaycanda ümumxalq səsverməsi 5627 seçki məntəqəsində keçiriləcək. APA-nın məlumatıma görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, referendumla bağlı 34 ölkəni təmsil edən 90 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Pənahov əlavə edib ki, seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb: “Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib”.

22.09.2016