Daily Archives: 09/05/2016

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın ölkəmizdəki səfirliyində olub

İlham-Aliyev-23265Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyində olub. Dövlətimizin başçısı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə söhbət edib və ona başsağlığı verib.

5.09.2016

Referendumda “exit-poll” keçirmək üçün sənəd təqdim edilməsinə ayrılan vaxt başa çatır

Msk2015Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün sənəd təqdim etmələrinə ayrılan vaxt başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir. Mərkəzi Seçki Komissiyası sentyabrın 16-dək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

5.09.2016