Daily Archives: 09/06/2016

Bakıdakı bir sıra orta məktəblərin binaları əsaslı təmirdən sonra istifadəyə verilib

İlham-Aliyev-109Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-i və 6-da  Bakının Nizami rayonundakı 229 və 109, Xətai rayonundakı 245 və 265 nömrəli tam orta məktəblərinin əsaslı təmir işlərindən sonra açılışında iştirak edib. Məktəb binalarında əsaslı təmir işləri dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib. Davamı

6.09.2016

Referendumda “Exit-poll” keçirmək istəyən təşkilatlar məlum oldu

seckilerSentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda “Exit-poll” keçirmək üçün dörd təşkilat Mərkəzi Seçki Komissiyasına müraciət edib.

MSK-dan Trend-ə verilən məlumata görə, müraciət edən təşkilatlar Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzidir.

MSK yaxın vaxtlarda həmin təşkilatların “Exit poll” keçirmək üçün qeydə alınması məsələsinə baxacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun keçirilməsi ilə bağlı təsdiq edilmiş Təqvim Planına əsasən, səsvermədə “Exit poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul müddəti sentyabrın 6-da başa çatır.

6.09.2016

AŞPA referendumla bağlı Azərbaycana qiymətləndirmə missiyası göndərəcək

ASHPA_Parlament_AssambleyasiAzərbaycanda keçiriləcək referendumla bağlı qiymətləndirmə missiyası həyata keçirmək üçün 7 nəfərlik nümayəndə heyəti göndərəcək. AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə bu gün Parisdə keçirilən büro iclasında qərar verilib. İclasda həmçinin Konstitusiyaya dəyişikliklərlə bağlı rəy verməsi üçün Venesiya Komissiyasına müraciət etməklə bağlı qərar qəbul edilib.

6.09.2016