“Ekzit-poll” mütəxəssisləri Şamaxıda təlim keçiriblər

Shamaxi201510232015-ci Parlament seçkiləri zamanı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində oktyabrın 23-də Mərkəzin  təlimçiləri Şamaxıda supervayzer və intervüerlər üçün təlimlər keçiriblər. Treninq zamanı onlara “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Şamaxıda seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, hazırda “ELS”-ın nümayəndələri “Ekzit-poll” tədqiqatı ilə bağlı regionlarda təlimlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA

23.10.2015