Zərdab-Ağcabədi rayonlarının treninqləri başa çatıb

Zərdab-Ağcəbədi_23.10.2014Oktyabrın 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mütəxəssisləri “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zərdab-Ağcabədi supervayzer və intervüerləri üçün təlimlər keçiriblər. Belə ki, “Ekzit-poll”un keçirilmə qaydaları, tədqiqatda istifadə olunacaq ləvazimatlar, anket və sorğu vərəqələri izah edilmişdir. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zərdab və Ağcabədinin seçki məntəqələrinin monitorinqini aparıblar.

Qeyd edək ki, “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA

23.10.2015