“ELS” treninqlər keçirir

Sentyabrın 17-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 26 sentyabr 2016-cı il ümümxalq səsverməsi (referendum) zamanı həyata keçirəcək “Ekzit-poll” (“Exit-poll”) tədqiqatı ilə bağlı bütün ölkə ərazisində supervayzer və intervüerlər üçün treninqlərə başlamışdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalamışdır. FOTOQALEREYA

« 1 of 3 »
19.09.2016