Sentyabrın 26-ı Azərbaycanda qeyri-iş günü olacaq

26-sentyabrSentyabrın 26-ı qeyri-iş günü olacaq. APA-nın məlumatına görə, Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də 26 sentyabr ölkədə qeyri-iş günüdür.

16.09.2016