Oktyabrın 17-18-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri Cəlilabad rayonunda “Ekzit-poll”tədqiqatında iştirak edəcək supervayzer və intervüerlər üçün treninqlər keçirmişlər. Təlimlərdə “Ekzit-poll”un keçirilmə qaydaları açıqlanıb, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formaları göstərilib.
Qeyd edək ki, ”ELS”-ın təlimçiləri hazırda Naxçıvan istisna olunmaqla, Azərbaycanın bütün regionlarında treninqlər keçirir. “Ekzit-poll” tədqiqatı noyabrın 1-nə təyin olunmuş Parlament seçkiləri zamanı Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində aparılacaq… FOTOQALEREYA Davamı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin parlament seçkilərində həyata keçirəcəyi “Ekzit-poll” tədqiqatına hazırlıq işləri davam edir. Oktyabrın 17-18-də Mərkəzin təlimçiləri Astara rayonunda “Ekzit-poll” supervayzer və intervüerlər üçün təlimlər keçirmişlər. Treninqlər zamanı təlimçilər “Ekzit-poll”un keçirilmə qaydaları haqqında ətraflı məlumat verib, tədqiqat zamanı istifadə olunacaq ləvazimatlar, o cümlədən anket və sorğu vərəqələrinin formalarını nümayiş etdiriblər.
