“ELS” Zaqatalada təlimləri başa çatdırdı

Zaqatala20151024Oktyabrın 24-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təlimçiləri 2015-ci il Parlament seçkiləri zamanı “Ekzit-poll” tədqiqatına hazırlıq işləri çərçivəsində Zaqatala rayonunda supervayzer və intervüerlər üçün treninqlər keçiriblər. Treninqə könüllülərə “Ekzit-poll”un keçirilmə qaydaları izah olunub, tədqiqatda istifadə olunacaq ləvazimatlar, 12 sualdan ibarət anket və sorğu vərəqələri nümayiş etdirilib. Bundan başqa, “ELS”-ın mütəxəssisləri Zaqatalada “ekzit-poll” tədqiqatının aparılacağı seçki məntəqələrinin monitorinqini da keçiriblər.

Xatirladaq ki, oktyabrın 17-də regionlarda start götürən təlimlər uğurla davam edir və oktyabrın 28-də başa çatmalıdır.“Ekzit-poll” tədqiqatı səsvermə günü ölkənin 118 dairəsi üzrə 1180 seçki məntəqəsində keçiriləcək… FOTOQALEREYA

24.10.2015