ELS “Ekzit-poll” layihəsinə start verdi

14.10.2015“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2015-ci il Parlament seçkilərində Azərbaycanın 118 dairəsi üzrə 1180 seçki məntəqəsində “Ekzi-poll” (“Çıxışda sorğu”) keçirməyi planlaşdırır. Oktyabrın 7-də qeydiyyat üçün sənədlər paketini Mərkəzi Seçki Komissiyasına təqdim edən Təşkilatda intervüer və supervayzerlərin seçim prosesi artıq başa çatib.

Bir neçə gün əvvəl “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin və layihənin rəhbəri İradə Yaqubova tədqiqatda iştirak edəcək intervüer və supervayzerlərə təlim keçirənlərə treninqlər keçib. Hazırda intervüer və supervayzerlər üçün treninqlərə start verilib.

Qeyd edək ki, “ELS” Azərbaycanda seçkilərin demokratik keçirilməsini və legitimliyini qiymətləndirməyə imkan verən bir vasitə olan exit-poll tədqiqatının keçirilməsində uzun illərin təcrübəsinə malikdir… FOTOQALEREYA

14.10.2015